BAKI, AzerVoice
Türkiyə Antarktidada yeni Qütb Tədqiqat Bazası quracaq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Sənaye və Texnologiya Nazirliyi məlumat verib.
Məlumata əsasən, Baza dizaynı və əhatəli ƏMTQ hesabat layihəsi, ağ qitədə Qütb Tədqiqat Bazasının yaradılması üçün Antarktida Müqaviləsi Məşvərət Yığıncağı və Türkiyə Antarktida Ətraf Mühitin Mühafizəsi Komitəsinə təqdim edilib.
Bazanın tutumu 50 nəfər olacaq və baza 3 əsas bölmədən ibarət olacaq. Bazanın ilk növbədə bərpa olunan enerji mənbələrindən istifadə edən bir sistemlə təmin olunması və modul quruluşu ilə sürətlə inşa edilməsi planlaşdırılır.
Digər tərəfdən, nazirliyin rəhbərliyi altında qütb araşdırmalarını izləmək, milli strategiyaları müəyyən etmək və koordinasiyanı təmin etmək üçün Qütb Bölgələri Koordinasiya Şurası yaradılacaq