Əsas səhifə » PKK özünü ləğv etməli və silahını yerə qoymalıdır - Ərdoğan

PKK özünü ləğv etməli və silahını yerə qoymalıdır - Ərdoğan

BAKI, AzerVoice

Sonsuz səbrə sahib deyilik. PKK özünü ləğv etməli və silahını yerə qoymalıdır.

AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamada yer alıb.

“Türkiyəni terrordan xilas etmək üçün başladığımız işləri koordinasiyalı şəkildə davam etdiririk. Təşkilat heç bir şərt irəli sürmədən bizim çağırışlarımıza əməl etməlidir. Bu məsələdə sonsuz vaxt və səbrə sahib deyilik. Daha çox zaman itirmədən təşkilatın özünü ləğvetməsini və silahlarını təhvil verməsini gözləyirik”, - deyə Ərdoğan bildirib.

Ərdoğan, həmçinin, Suriyanın təhlükəsizliyi barədə də açıqlama verib.

“Suriyanın ərazi bütövlüyü çərçivəsində atılan addımları sabotaj edərək cənub sərhədlərimizdəki sabitliyi pozmaq istəyənlərə imkan verməyəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Bununla yanaşı, Ərdoğan Türkiyə xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice