Əsas səhifə » Türkiyədə 3,3 maqnitudalı zəlzələ baş verib

Türkiyədə 3,3 maqnitudalı zəlzələ baş verib

BAKI, AzerVoice

Türkiyənin Elazığ vilayətində 3,3 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar və Fövqəladə halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Məlumata görə, zəlzələ Elazığ vilayətinin Sivrice rayonunda saat 18:29-da qeydə alınıb. Yeraltı təkanların 10.95 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Hazırda zəlzələ nəticəsində hər hansı tələfat və ya ziyan barədə məlumat verilməyib. Rəsmi qurumlar vəziyyəti yaxından izləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice