Əsas səhifə » Türk ordusunun əsgəri şəhid olub

Türk ordusunun əsgəri şəhid olub

BAKI, AzerVoice

Türk ordusunun əsgəri şəhid olub.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Dynamic Mariner/Flotex-25" təlimində iştirak edən TCG KEMALREİS gəmisində xidmət edən Baş çavuşun səhhətində problem yaranıb. O, gəmidə göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib və şəhid olub.

Qeyd edək ki, 24 mart - 4 aprel tarixlərində İspaniyanın Cadiz körfəzində keçirilən "Dynamic Mariner/Flotex-25" təlimi NATO-nun ən böyük təlimlərindən biridir. Türkiyə, bu təlimlərində iştirak edərək həm şəxsi heyət, həm də hərbi texnika baxımından seçilib.

Belə ki, təlimlərə Türkiyə 1300 hərbi personal və 4 gəmi ilə qatılıb.

TCG Sancaktar gəmisi təlimin flaqmanı olaraq seçilib, TCG Kemalreis freqatı isə Daimi NATO Dəniz Qrupu-2-yə türk admiralının rəhbərliyi ilə komandanlıq edib.

Digər Kateqoriyalar

2025 © Azervoice