BAKI, AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyi, ABŞ-da saxlanılan türkiyəli doktorant Rümeysa Öztürklə bağlı işlərin davam etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Türkiyə XİN,
25 mart tarixində Massaçusetsdəki evindən iftara gedərkən ABŞ-ın
İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən
saxlanılan Rümeysa Öztürk üçün hər cür konsulluq xidməti və hüquqi
dəstəyin təmin edildiyini bildirib.
Vaşinqtondakı səfirlik və Hyustondakı baş konsulluq, Öztürkün
saxlanıldığı mərkəzi ziyarət edərək, vətəndaşların müraciətlərini
qəbul edib.
Xarici İşlər naziri Göktaş, ABŞ-da saxlanılan Rümeysa Öztürkün atası ilə görüşərək, məsələnin daha da sürətləndiriləcəyini qeyd edib. Öztürk, Fulbrayt təqaüdçüsü olaraq Tufts Universitetində doktorantura təhsili alır və sosial mediada yayımlanan görüntülərdə mülki geyimli ICE əməkdaşlarının telefonunu zorla almağa çalışdığı və Öztürkün etirazları kameraya düşüb.
Qeyd edək ki, ABŞ Gömrük İdarəsi (ICE) Öztürkü "həbsdə olan" kimi qeyd etsə də, həbslə bağlı hələlik heç bir açıqlama verməyib.