BAKI,
AzerVoice
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Əlcəzair və
İordaniya parlamentlərinin rəhbərləri ilə ayrı-ayrılıqda telefon
danışığı aparıb.
AzerVoice xəbər verir ki, telefon
görüşləri "Fələstin Dostu Parlament Sədrləri Qrupu Toplantısı"
çərçivəsində keçirilib.
Kurtulmuş, həmkarlarına 18 apreldə İstanbulda keçiriləcək
toplantıya dəvət göndərərək, bölgədə davamlı sülhün təmin olunması
üçün iki dövlətli həllə əsaslanan müzakirələrin vacibliyini
vurğulayıb.
Kurtulmuş, Fələstin davasının dəstəklənməsi və İsrailin qeyri-insani hücumlarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə keçiriləcək toplantının beynəlxalq humanitar dəstəyin artırılmasına töhfə verəcəyini qeyd edib. O, həmçinin, Əlcəzair Milli Xalq Məclisinin sədri Buqali və İordaniya Nümayəndələr Palatasının sədri Safadini Ramazan bayramı münasibətilə təbrik edərək, bayramın müsəlman dünyasına rifah və əmin-amanlıq gətirməsini arzulayıb.
Qeyd edək ki, bu telefon görüşləri, Fələstin məsələsi ilə bağlı beynəlxalq əməkdaşlığı artırmaq və humanitar dəstəyi gücləndirmək məqsədini daşıyır.