Əsas səhifə » Ərdoğan və Qətər Əmiri Əl Tani regional məsələləri müzakirə edib

Ərdoğan və Qətər Əmiri Əl Tani regional məsələləri müzakirə edib

BAKI,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, görüş zamanı Türkiyə ilə Qətər arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan İsrailin Qəzza, Livan və Suriyadakı hücumlarının bölgədə gərginliyi artırdığını vurğulayaraq, qan və göz yaşının sona çatması üçün maksimum səy göstərməyə davam edəcəklərini bildirib.

Qeyd edək ki, telefon danışığı zamanı Prezident Ərdoğan Qətər Əmirini Fitr bayramı münasibətilə təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice