40
BAKI,AzerVoice
Türkiyə , İsrailin atəşkəs razılaşmasını pozaraq Livana həyata keçirdiyi hava hücumlarına reaksiya verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İsrail beynəlxalq hüquqa hörmət etmədiyini və regionun təhlükəsizlik və sabitliyinə təhdid olmağa davam etdiyini bir daha göstərmişdir",- deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, İsrail döyüş təyyarələrinin həyata keçirdiyi bu hücum, 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman olmuşdu.