Əsas səhifə » HAVELSAN Misirdə insansız quru vasitələrinin istehsalına başlayır

HAVELSAN Misirdə insansız quru vasitələrinin istehsalına başlayır

BAKI,AzerVoice

HAVELSAN, Misirdə fəaliyyət göstərən Kader İleri Sənaye Fabrikası ilə pilotsuz quru vasitələrinin birgə istehsalı üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

AzerVoice xəbər verir ki, müqavilə, texnologiya transferi və istehsal proseslərini əhatə edir.

Müqavilə, Kader İleri Sənaye Fabrikasının İdarə Heyətinin Sədri General Dr. Amr Abdel Aziz ilə HAVELSAN Baş Direktor müavini Şevket Ünal tərəfindən, Türkiyənin Qahirə səfiri Salih Mutlu Şenin iştirakı ilə imzalanıb.

HAVELSAN, süni intellekt dəstəyi ilə qərar qəbul etmə sistemləri, real vaxtda məlumat emalı, sürü intellekti, tapşırıq idarəetmə sistemləri və inkişaf etmiş sensor inteqrasiyaları kimi sahələrdə beynəlxalq rəqabət qabiliyyətinə malikdir. Bu texnologiyalar, kəşfiyyat, müşahidə, dəstək, təhlükəsizlik və sərhəd xətti tapşırıqları kimi müxtəlif senarilərdə istifadə olunan sistemlərin əsasını təşkil edir.

“Bu əməkdaşlıq yalnız texnologiya transferi deyil, həm də bilik mübadiləsi və strateji vizyon paylaşımıdır. Yüksək texnologiyaya malik pilotsuz quru vasitələrimizi birgə istehsal edəcəyimiz üçün böyük məmnuniyyət duyuruq”,- deyə HAVELSAN Baş Direktor müavini Şevket Ünal bildirib.

Türkiyənin Qahirə səfiri Salih Mutlu Şen isə, bu əməkdaşlığın HAVELSAN ilə Kader arasında uzunmüddətli strateji tərəfdaşlığın ilk addımı olduğuna inandığını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice