BAKI,AzerVoice
Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa çalışan PKK terrorçusu saxlanılıb.
AzerVoice xəbər verir ki , Türkiyə
təhlükəsizlik qüvvələri ölkənin sərhəd bölgəsində keçirdikləri
əməliyyat zamanı Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan
bir nəfəri saxlayıblar.
Aparılan araşdırma nəticəsində həmin şəxsin terror təşkilatı
PKK-nın üzvü olduğu müəyyən edilib.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, saxlanılan şəxs – B.E. adlı şübhəli “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarışda olub. Onun Yunanıstana qaçaraq Avropaya sığınmaq niyyətində olduğu ehtimal edilir.
Qeyd edək ki, Türkiyə sərhəd qüvvələri və jandarma bölmələri ölkənin sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib və terrorçuların qeyri-qanuni yollarla ölkədən çıxışını əngəlləmək üçün xüsusi əməliyyatlar həyata keçirir. Saxlanılan şəxslə bağlı istintaq tədbirləri davam etdirilir.