Əsas səhifə » Chery Türkiyəyə İnvestisiya Qoyacaq

Chery Türkiyəyə İnvestisiya Qoyacaq

BAKI, AzerVoice

Çində yerləşən elektrikli avtomobil istehsalçısı BYD-dən sonra başqa bir avtomobil istehsalçısı Chery də Türkiyəyə sərmayə qoyacaq. Marka Samsunda qurulacaq müəssisələrdə yeni nəsil və elektrik avtomobilləri və onların hissələrini istehsal edəcək.

AzerVoice xəbər verir ki, Çinin qabaqda gələn avtomobil markalarından biri olan Chery, Samsunda qurulacaq illik 200 min tutumlu müəssisələrində yeni nəsil elektrikli avtomobillər və onların hissələri istehsal edəcək.

Ar-Ge mərkəzində qurulması planlaşdırılan layihədə cəmi 1 milyard dollar investisiya ilə 5 mindən çox adam işlə təmin ediləcək.

Çinin BYD şirkəti ilə Sənaye və Texnologiya Nazirliyi arasında Türkiyəyə investisiya üçün 1 milyard dollarlıq müqavilə imzalanıb.

Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollarlıq sərmayə ilə illik 150 min avtomobil tutumu olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi və davamlı hərəkətlilik texnologiyaları üçün Ar-Ge mərkəzi qurması gözlənilir. 2026-cı ilin sonunda istehsala başlaması planlaşdırılan obyektdə 5 min nəfərə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice