Əsas səhifə » Qiymət artımı ilə bağlı dəyərləndirmə aparılacaq - Bayraktar

Qiymət artımı ilə bağlı dəyərləndirmə aparılacaq - Bayraktar

BAKI, AzerVoice

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar elektrik enerjisi tariflərinin artırılması ilə bağlı suallara cavab verib.

AzerVoice xəbər verir ki , AK Partiya TBMM Qrup Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandıran Bayraktar, elektrik enerjisi qiymətlərində artım olub-olmayacağı ilə bağlı konkret açıqlama verməyib.

Nazir, “Bu məsələyə baxıb, qiymətləndirəcəyik” ifadəsini işlədib. O, yaxın vaxtlarda bu məsələnin dəyərləndiriləcəyini bildirib.

Qeyd edək ki, son dövrlərdə enerji bazarında baş verən dəyişikliklər və qlobal qiymət artımları səbəbilə elektrik tarifləri ilə bağlı müzakirələr davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice