BAKI, AzerVoice
Bolu Kartalkaya Xizək Mərkəzində 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı daha 9 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki,, yanvarın 21-də “Grand Kartal” otelində baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ekspertizanın rəyi tamamlandıqdan sonra Bolu Respublika Baş Prokurorluğu yeni həbs qərarları verib. Saxlanılan şəxslər arasında otelin sahibi Halit Ergülün həyat yoldaşı və qızları, eləcə də memar, inşaat mühəndisi, elektrik texnikləri və digər məsul şəxslər var.
Bundan əlavə, dünən nəzarətə alınan İl Xüsusi İdarə Lisenziyalaşdırma və Təftiş Müdiri Yeliz Erdoğan da daxil olmaqla, 10 şübhəlinin prokurorluqda dindirilməsi davam edir.
Qeyd edək ki, Bolu Respublika Prokurorluğunun istintaqı çərçivəsində indiyədək 31 nəfər saxlanılıb, onlardan 22-si həbs edilib, 8 nəfər isə məhkəmə nəzarətinə buraxılıb.