Əsas səhifə » Ərdoğan yaxşı liderdir - Tramp

Ərdoğan yaxşı liderdir - Tramp

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləyərək onun yaxşı lider olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Tramp bu fikirləri ABŞ-ın Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakın Ağ Evdəki qəbulunda səsləndirib. Səfirliyə namizəd Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırdıqda, Tramp ona “Yaxşı ölkədir və lideri də yaxşıdır” sözləri ilə cavab verib.

Qeyd edək ki, Tom Barak Kaliforniyada doğulub və hüquq təhsili alıb. O, 1980-ci illərdə Reyqan administrasiyasında daxili işlər nazirinin köməkçisinin müavini vəzifəsində çalışıb və iş adamı kimi bir sıra mühüm layihələrdə iştirak edib.

Digər Kateqoriyalar

2025 © Azervoice