Əsas səhifə » Bakraktar TB3 atış sınağını uğurla başa vurub

Bakraktar TB3 atış sınağını uğurla başa vurub

Bakı, AzerVoice

Dünya aviasiya tarixində bir ilkə imza ataraq qısa uçuş-enmə zolağına malik bir gəmidən qalxıb-enə bilən ilk pilotsuz uçuş aparatı (SİHA) olan Bayraktar TB3 atış sınağını uğurla başa vurub.

AzerVoice xəbər verir ki, bu barədə Baykar şirkəti məlumat verib.

Məlumata əsasən, Bayraktar TB3 İHA-122 supersonik raketi ilə keçirdiyi ilk atış sınağında hədəfi tam dəqiqliklə vurub.

Bu hadisə, Türkiyənin müdafiə sənayesindəki texnoloji üstünlüyünü bir daha göstərərək, TB3 platformasının yalnız dənizdə istifadə imkanlarını deyil, eyni zamanda yüksək sürətli və dəqiq hücum qabiliyyətini də sübut etmiş oldu.

Məlumat üçün bildirək ki, Baykar 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac reallaşdıraraq Türkiyədə müdafiə sənayesində lider olub. Hal-hazırda Bayraktar TB2 üçün 34, Bayraktar AKINCI üçün isə 11 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice