Əsas səhifə » Türk Qızıl Ayparası Ramazanda milyonlarla insana dəstək olur

Türk Qızıl Ayparası Ramazanda milyonlarla insana dəstək olur

Bakı, AzerVoice

Türk Qızıl Ayparası bu Ramazan ayında “Ürəyimiz Bir, Süfrəmiz Bir” şüarı ilə milyonlarla ehtiyacı olan insana yardım etməyə davam edir.

AzerVoice xəbər verir ki, xeyriyyə təşkilatı iftar süfrələri, ərzaq paketləri, fitrə, fidyə və maddi yardımlarla yüz minlərlə ailənin süfrəsinə bərəkət gətirir. Təşkilatın hədəfi Ramazan boyunca 7,1 milyon insana yardım əlini uzatmaqdır.

Qızıl Aypara ehtiyacı olan ailələrə ərzaq və maddi dəstək verməklə yanaşı, həmrəyliyi yaşadan iftar süfrələri təşkil edərək isti yeməklər təqdim edir.

Fitrə yardımları Ramazan ayında imkanlı müsəlmanlar tərəfindən ehtiyacı olanlara verilir və əsasən borclulara, müsafirlərə və maddi çətinlik çəkən insanlara yönəldilir. Ana, ata, baba, nənə, övlad və nəvələrə fitrə verilməsi isə uyğun hesab edilmir.

Digər Kateqoriyalar

2025 © Azervoice