BAKI,
AzerVoice
İstanbulun Beyoğlu rayonunun məşhur İstiqlal küçəsində yerləşən
Molla Çələbi məscidi və tarixi Suriye Pasajında yanğın baş
verib.
AzerVoice xəbər verir ki, yanğın ötən gecə saat 03:00
radələrində Molla Çələbi məscidinin minarəsinə çıxıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və onların operativ
müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə
zamanı ölən və yaralanan olmasa da, məscidin minarəsi ciddi zərər
görüb.
Digər yanğın isə dünən saat 12:00 radələrində İstiqlal küçəsində yerləşən tarixi Suriye Pasajında qeydə alınıb. Yanğın keçidin 4-cü mərtəbəsindəki mənzildə başlayıb. Hadisə zamanı keçiddə olan insanlar dərhal binanı tərk ediblər.
Yanğınsöndürənlər 3 istiqamətdən müdaxilə edərək alovu nəzarət altına alıblar. Soyutma işləri tamamlandıqdan sonra hadisə yerində araşdırmalara başlanılıb. Hazırda yanğının səbəbləri araşdırılır.