Əsas səhifə » Hakan Fidan ABŞ-da Marko Rubio ilə görüşəcək

Hakan Fidan ABŞ-da Marko Rubio ilə görüşəcək

BAKI,AzerVoice

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞ-a rəsmi səfər edəcək.

AzerVoice xəbər verir ki, Fidan sabah ABŞ-a səfər edəcək və amerikalı həmkarı, dövlət katibi Marko Rubio ilə görüşəcək.

Görüş Vaşinqtonda baş tutacaq və burada iki ölkə arasında diplomatik münasibətlər, regional təhlükəsizlik və strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında son aylarda diplomatik danışıqlar intensivləşib və iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi gündəmdədir.

Digər Kateqoriyalar

2025 © Azervoice