Əsas səhifə » Türkiyədə axtarışda olan 100-ə yaxın şəxs saxlanılıb

Türkiyədə axtarışda olan 100-ə yaxın şəxs saxlanılıb

BAKI, AzerVoice

Türkiyədə Mersində polis əməliyyatı zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 91 məhkum saxlanılıb.

AzerVoice xəbər verir ki, Mersin İl Təhlükəsizlik Müdirliyinin Asayiş Şöbəsinin Axtarılan Şəxslər Bürosunun koordinasiyasında şəhər daxilində genişmiqyaslı əməliyyat keçirilib.

Polis qrupları yaralama, oğurluq, dələduzluq, hədə-qorxu və qanunsuz silah saxlama kimi cinayətlərə görə axtarılan şəxsləri müəyyən edərək, müxtəlif ünvanlara və rayonlara təşkil olunan basqınlarla onları ələ keçirib.

Əməliyyat nəticəsində saxlanılan 91 məhkum lazımi hüquqi prosedurlar üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, Türkiyədə cinayətkarlıqla mübarizə çərçivəsində müxtəlif bölgələrdə analoji əməliyyatlar mütəmadi olaraq keçirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice