BAKI, AzerVoice
Kartalkayada 78 nəfərin ölümünə səbəb olan otel yanğını ilə bağlı ekspertiza hesabatı bütün aidiyyəti qurumların məsuliyyət daşıdığını ortaya qoyub.
AzerVoice xəbər verir ki, texniki ekspert
komissiyasının Bolu Respublika Baş Prokurorluğuna təqdim etdiyi
hesabatda, Grand Kartal otelində baş verən yanğının səbəbləri və
yayılma prosesi ətraflı araşdırılıb.
Hesabatda otelin fəaliyyət sertifikatını verən Mədəniyyət və Turizm
Nazirliyi, Bolu İl Xüsusi İdarəsi, Bolu Bələdiyyəsi Yanğından
Mühafizə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
yoxlama proseslərində ciddi nöqsanlara yol verdiyi qeyd olunub.
Ekspertlərin rəyinə əsasən, otelin sahibləri və idarə heyəti təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün birbaşa məsuliyyət daşıyırlar. Bundan əlavə, yanğın zamanı növbətçi heyət, texniki personal və qəbul işçisinin də ikinci dərəcəli məsuliyyət daşıdığı bildirilib.
Qeyd edək ki, faciəvi yanğın Bolu Kartalkayada yerləşən Grand Kartal otelində baş verib və nəticədə 78 nəfər həyatını itirib. Hadisə ilə bağlı istintaq davam edir.