Əsas səhifə » Türkiyə XİN Nigerdə məscidə edilən hücumu pisləyib

Türkiyə XİN Nigerdə məscidə edilən hücumu pisləyib

Bakı, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi, Nigerin Kokoru vilayətindəki Fonbita kəndində bir məscidə edilən hücumu pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir.

Açıqlamada, terror hücumunda çox sayda yaralının olduğu və 40-dan çox insanın həyatını itirdiyi bildirilib.

"Bu terror aktını pisləyirik. Niger xalqına başsağlığı diləyir, hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa arzu edirik",- deyəaçıqlamada bildirilib.

Qeyd edək ki, hücum səbəbilə Nigerdə üç günlük matəm elan edilib.

Nigerin daxili işlər naziri Məhəmməd Tumba hadisə ilə bağlı açıqlamasında bildirib ki, bu hücum İŞİD-lə əlaqəli terror təşkilatları tərəfindən həyata keçirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice