Bakı, AzerVoice
İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Təmas Qrupunun üzvləri sabah səhər saatlarında Misirdə görüşəcəklər.
AzerVoice xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidanın qatılacağı bu toplantıda Misirdə daha əvvəl qəbul edilmiş Qəzza planının həyata keçirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Qəzza Təmas Qrupuna üzv olan 8 ölkənin nazirləri, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri Qəzza üçün növbəti dəfə bir araya gəlir.
Sabah Misirin paytaxtı Qahirədə keçiriləcək toplantıya xarici işlər naziri Hakan Fidan da qatılacaq.
İclasda Türkiyənin xarici işlər naziri Fidan martın 4-də Ərəb Liqasının Fövqəladə Zirvə toplantısında qəbul edilən Qəzzanın yenidən qurulması planına Türkiyənin dəstəyini təsdiq edəcək.
O, Qəzzada atəşkəsin sonrakı mərhələlərinin ən qısa zamanda həyata keçirilməsinin və atəşkəsin daimi olmasının vacibliyini vurğulayacaq.
O, humanitar yardımın bərpasının həyati əhəmiyyətinə diqqət çəkəcək.
Görüşdə Fələstinin müstəqil və suveren dövlət kimi tanınması istiqamətində birgə səylər də müzakirə olunacaq.
Qeyd edək ki, Qəzza Əlaqə Qrupu 11 noyabr 2023-cü ildə Türkiyə, Fələstin, İndoneziya, Qətər, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı və İordaniyanın bir araya gəlməsi ilə yaradılıb.
Nazirlər Komitəsi London, Paris, Nyu-York, Vaşinqton, Ottava, Brüssel, Oslo, Madrid və Əmman daxil olmaqla müxtəlif mərkəzlərdə ümumilikdə 18 təşəbbüs həyata keçirib.