15
Bakı, AzerVoice
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.
AzerVoice xəbər verir ki, bu barədə Bayraktarın X platformasında verdiyi açıqlamada deyilir.
Açıqlamada qeyd olunub ki, görüş zamanı iki ölkə arasında neft və təbii qaz istehsalında mümkün əməkdaşlıqlar müzakirə edilib.
“Macarıstanla, xüsusilə təbii qaz ixracı başda olmaqla, həm ölkələrimizdə, həm də üçüncü ölkələrdə neft və təbii qaz istehsalında əməkdaşlıq imkanlarını dəyərləndirdik. Ölkələrimiz arasında mövcud olan güclü enerji diplomatiyasını daha da dərinləşdirmək əzmimizi vurğuladıq”,- deyə açıqlamada bildirilib.