Əsas səhifə » Türkiyə Rusiya-Ukrayna Müharibəsində Atəşkəsi Dəstəkləyir - Hakan Fidan

Türkiyə Rusiya-Ukrayna Müharibəsində Atəşkəsi Dəstəkləyir - Hakan Fidan

BAKI,AzerVoice

Biz Türkiyə olaraq həm atəşkəsə, həm də hərtərəfli sülh danışıqlarına dəstək verəcəyik.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı Fidan, Türkiyənin ilk gündən bəri sülh tərəfdarı olduğunu xatırlatdı.

Fidan, Rusiya-Ukrayna müharibəsində çox sayda ölüm və dağıntı olduğunu qeyd edərək, bunun dayandırılması istiqamətində beynəlxalq platformalarda, xüsusilə NATO ilə birlikdə Macarıstanla mövqelərinin bu olduğunu bildirdi.

"Bugün gəldiyimiz nöqtədə yeni Amerika rəhbərliyinin bu gündəmi irəlilətməsini görmək əlbəttə ki, bölgəmiz və insanlıq baxımından sevindirici bir inkişafdır. Ümid edirik ki, ən qısa zamanda davamlı atəşkəsə nail olurlar",- deyə Fidan bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice