Əsas səhifə » Ankara’da axtarışda olan mindən çox nəfər polis və jandarmanın əməliyyatları ilə saxlanıldı

Ankara’da axtarışda olan mindən çox nəfər polis və jandarmanın əməliyyatları ilə saxlanıldı

Bakı, AzerVoice

Ankara Valiliyinin yaydığı məlumata görə, 14–20 mart tarixləri arasında polis və jandarma qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 1147 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, əməliyyat çərçivəsində 20 il və daha artıq müddətə azadlıqdan məhrumetmə cəzası olan 5 nəfər, 10 ildən artıq cəzası olan 10 nəfər, 5–10 il arası cəza alan 47 nəfər, 5 ilə qədər həbs cəzası olan 378 nəfər və ifadə vermək üçün axtarılan 707 nəfər tutulub.

Valilik, əməliyyatların hüquq-mühafizə orqanlarının koordinasiyası ilə davam etdiriləcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice