14
Bakı, AzerVoice
Türkiyədən Yunanıstana qaçmağa cəhd edən PKK terror təşkilatının üzvü təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
AzerVoice xəbər verir ki, Milli müdafiə mənbələrindən verilən məlumata görə, sərhəd təhlükəsizlik qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində terrorçu Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışarkən Ədirne bölgəsində yaxalanıb.
Terrorçunun PKK/KCK üzvü olduğu müəyyən edilib. Hadisə ilə bağlı araşdırma başladılıb.