Əsas səhifə » Ərdoğan Nepalın Baş naziri ilə danışıqlar aparıb

Ərdoğan Nepalın Baş naziri ilə danışıqlar aparıb

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nepalın Baş naziri Şarma Oli ilə telefon danışığı keçirib.

AzerVoice xəbər verir ki, görüş zamanı Türkiyə ilə Nepal arasındakı ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan iqtisadi və ticari əməkdaşlıq başda olmaqla, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, o, Türkiyənin Qəzza, Livan, Ukrayna və Suriyada sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərdiyini, İsrailin Qəzzaya yeni hücumlarını dayandırmaq və atəşkəsin bərpası üçün ciddi şəkildə çalışdığını qeyd edib.

Qeyd edək ki, Türkiyə son illərdə Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrini gücləndirmək istiqamətində addımlar atır.

Digər Kateqoriyalar

2025 © Azervoice