Əsas səhifə » Mansur Yavaş Türkiyəyə Qayıdıb

Mansur Yavaş Türkiyəyə Qayıdıb

BAKI,AzerVoice

Beynəlxalq sərgi üçün Tayvanda səfərdə olan Mansur Yavaş, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun həbsindən sonra proqramını yarımçıq qoyaraq Türkiyəyə qayıdıb.

AzerVoice xəbər verir ki, Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə Tayvanın paytaxtı Taypey şəhərindən İstanbul hava limanına saat 05:10-da enən Yavaş, VIP Terminalində jurnalistlərin suallarını cavablandırıb.

Ankara Böyükşəhər Bələdiyyə Başqanı Mansur Yavaş, barəsində istintaq başladılacağı iddialarına cavab verib.

"Haqqımda 109 şikayət verilib, bunlardan 101-i daxili işlər müfəttişləri tərəfindən bağlanıb. Qalan şikayətlər də bağlanacaq. Hazırda mənim haqqımda heç bir istintaq yoxdur. Bank hesablarımı hər kəs araşdıra bilər, lazım gələrsə ictimaiyyətə açaram"-, deyə o bildirib.

İmamoğlunun həbsi ilə bağlı fikirlərini bildirən Mansur Yavaş, Türkiyədə məhkəmə sisteminin müstəqilliyi ilə bağlı ciddi problemlər olduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice