BAKI,
AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu,
İstanbul Hava Limanı-Arnavutköy metro xəttinin istifadəyə
verilməsinin birinci ildönümündə açıqlama verib.
AzerVoice xəbər verir ki, o bildirib ki, ötən bir il ərzində bu marşrut üzrə 4,2 milyon sərnişin daşınıb.
Uraloğlu qeyd edib ki, Gayrettepe-İstanbul Hava Limanı-Arnavutköy metro xəttinin tamamlanması ilə İstanbulda metro xəttlərinin ümumi uzunluğu 161,8 kilometrə çatdırılıb. Yeni xətlərin şəhər nəqliyyatına sürət və rahatlıq gətirdiyini vurğulayan nazir, Halkalı-İstanbul Hava Limanı və Altunizade-Çamlıca Məscidi-Bosna Bulvarı metro xətlərində tikinti işlərinin davam etdiyini bildirib.
Fevralın 19-da xətt tarixinin ən yüksək sərnişin daşınması göstəricisinə nail olub – 37.843 sərnişin metro xidmətlərindən istifadə edib.
Qeyd edək ki, Gayrettepe-İstanbul Hava Limanı-Arnavutköy metro xətti bir il ərzində ümumilikdə 17,2 milyon sərnişin daşıyıb.