BAKI,AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Aleksandr Stubb və Niderland Baş naziri Dik Sxof ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sosial media hesabında paylaşım edilib.
Ərdoğan və Stubb arasında keçirilən görüşdə Türkiyə-Finlandiya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə olunub.
Görüş zamanı Ərdoğan, Türkiyənin Finlandiya ilə əməkdaşlığını daha da dərinləşdirməkdə qətiyyətli olduğunu və xüsusilə müdafiə sənayesi və terrorla mübarizə sahələrində əlaqələrin gücləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.
Prezident Ərdoğan, həmçinin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və daimi sülhlə başa çatması üçün Türkiyənin səylərini davam etdirdiyini və Rusiyanın atəşkəs çağırışını qəbul etməsini gözlədiklərini vurğulayıb.
Bundan əlavə, Ərdoğan İsrailin Qəzzaya yenidən başladığı hücumların qəbuledilməz olduğunu qeyd edərək, Netanyahunun soyqırım siyasətinə beynəlxalq ictimaiyyətin artıq “dayan” deməsinin zəruri olduğunu və atəşkəsin bir an əvvəl bərpa edilməsinin vacibliyini vurğulayıb.
Ərdoğan, Niderland Baş naziri Dik Sxof ilə də telefon danışığı aparıb. Görüşdə Türkiyə-Niderland ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Ərdoğan, iki ölkə arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək üçün gələcəkdə daha çox addım atılacağını bildirib.
O, həmçinin Ukrayna-Rusiya müharibəsinin həlli üçün atılacaq addımların və aparılacaq prosesin hər iki ölkəni əhatə edən bir yanaşma ilə aparılmalı olduğunu vurğulayıb.