Əsas səhifə » Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - Türkiyə XİN

Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik - Türkiyə XİN

BAKI, AzerVoice

Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.

AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının ildönümü münasibətilə bəyanat yayıb.

Nazirlik vurğulayıb ki, Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır və Ankara Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir.

"Biz Krımda mövcud olan de-fakto vəziyyəti tanımırıq və Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyimizi bir daha bəyan edirik", - deyə açıqlamada qeyd olunub.

Bəyanatda, həmçinin, Krım Tatar türklərinin vəziyyətinin yaxından izləniləcəyi və bu məsələnin beynəlxalq ictimaiyyətin gündəmində saxlanacağı bildirilib.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı qanunsuz şəkildə ilhaq edib. Həmin il martın 16-da Krımda keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan referendumun nəticələrinə əsasən, yarımada Rusiyaya birləşdirilib. Bu prosesə qarşı çıxan Krım tatarları referendumu boykot etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice