BAKI, AzerVoice
Türkiyənin Adana şəhərində mərkəzləşən və 5 vilayətdə fəaliyyət göstərən iki mütəşəkkil cinayətkar qrupa qarşı genişmiqyaslı polis əməliyyatı keçirilib.
AzerVoice xəbər verir ki, Türkiyənin
Daxili işlər naziri Ali Yerlikaya əməliyyat nəticəsində 80 nəfərin
saxlanıldığını açıqlayıb.
C.T. və H.T. adlı şəxslərin rəhbərlik etdiyi iki mütəşəkkil
cinayətkar qrupa qarşı Adana mərkəz olmaqla 5 əyalətdə eyni vaxtda
əməliyyat keçirilib.
Saxlanılanlardan 48 nəfər barəsində həbs qərarı çıxarılıb, 19 nəfər
isə məhkəmə nəzarətinə buraxılıb.
Əməliyyat çərçivəsində cinayətkar dəstələrin silah, narkotik və qeyri-qanuni fəaliyyətlərdə iştirak etdikləri müəyyən edilib. Türkiyə rəsmiləri ölkədə qanunsuz fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplara qarşı mübarizənin davam edəcəyini bildiriblər.
Adana’da C.T. ve H.T.’nin elebaşılığını yaptığı 2 ayrı Organize Suç Örgütüne yönelik Adana merkezli 5 ilde düzenlenen operasyonlarımızda; elebaşlarının da içerisinde bulunduğu organize suç örgütü üyesi 80 şüpheliyi yakalandı.
— Ali Yerlikaya (@AliYerlikaya) March 18, 2025
Şüphelilerden;
48’i TUTUKLANDI.
19’u hakkında… pic.twitter.com/vBV2mQdYwY