Əsas səhifə » Türkiyə və Suriya Minnig Hava Bazasını ortaq hərbi obyektə çevirəcək

Türkiyə və Suriya Minnig Hava Bazasını ortaq hərbi obyektə çevirəcək

BAKI,AzerVoice

Türkiyə və Suriya arasında əldə olunan yeni razılaşmaya əsasən, Minnig Hava Bazasının ortaq hərbi obyektə çevrilməsi planlaşdırılır.

AzerVoice xəbər verir ki, məlumata görə, baza Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinə ev sahibliyi edəcək.

Bu addım, regionda hərbi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tərəflərin baza üzərində birgə nəzarət mexanizmi yaratmaq, hərbi koordinasiyanı gücləndirmək və təhlükəsizlik tədbirlərini artırmaq məqsədilə iş apardığı bildirilir.

Razılaşma çərçivəsində Minnig Hava Bazasının Türkiyənin müdafiə sistemləri ilə təchiz edilməsi və hava məkanının nəzarətdə saxlanması üçün strateji mövqeyə çevrilməsi gözlənilir.

Türkiyə və Suriya arasında hərbi sahədə yeni əməkdaşlığın regiondakı təhlükəsizlik dinamikasına necə təsir edəcəyi isə yaxın günlərdə daha da aydınlaşacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice