BAKI, AzerVoice
Türkiyədə 4 cinayətkar qrupa qarşı keçirilən əməliyyatda 79 nəfər tutulub.
AzerVoice xəbər verir ki, Türkiyə
Daxili İşlər Nazirliyi Ankara, İstanbul, Adana və Vanda mütəşəkkil
cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyatlar keçirib.
Nəticədə 79 şübhəli, o cümlədən cinayətkar qrupların rəhbərləri
saxlanılıb.
Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların detalları barədə sosial media hesabında açıqlama verib. Onun sözlərinə görə, əməliyyatlar zamanı 7 sənədsiz tapança, 3 tüfəng, 1 avtomat silah, 2 əl qumbarası və müxtəlif narkotik maddələr müsadirə olunub.
Nazir bildirib ki, ölkədə asayişi və təhlükəsizliyi təmin etmək üçün mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizə davam edəcək.
Qeyd edək ki, Türkiyədə son illərdə hüquq-mühafizə orqanları cinayətkar şəbəkələrə qarşı intensiv əməliyyatlar keçirərək yüzlərlə cinayətkarı ədalət qarşısına çıxarıb.
İstanbul’da B.G.’nin (yurt dışında tutuklu)
— Ali Yerlikaya (@AliYerlikaya) March 17, 2025
Ankara’da A.A.’nın,
Adana’da A.S.’nin,
Van’da O.Y.’nin elebaşılığını yaptığı 4 ayrı Organize Suç Örgütüne yönelik geçen hafta düzenlediğimiz operasyonlarımızda;
➡️ A.A., A.S. ve O.Y. isimli elebaşlarının da içerisinde… pic.twitter.com/Mmp8zbap6C