Əsas səhifə » Türkiyədən ABŞ-a başsağlığı mesajı

Türkiyədən ABŞ-a başsağlığı mesajı

BAKI, AzerVoice

Türkiyə ABŞ-də baş verən qasırğa və fırtına nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

AzerVoice istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-də bir neçə ştatı əhatə edən qasırğa və fırtına səbəbindən baş verən insan tələfatına görə dərin hüznünü ifadə edib.

Nazirlik tərəfindən yayımlanan rəsmi açıqlamada "ABŞ xalqına başsağlığı verir, yaralananlara təcili şəfa diləyirik" ifadələri yer alıb.

Qeyd edək ki, ABŞ-in Texas və Missuri ştatlarında baş verən güclü fırtına və qasırğalar nəticəsində ən azı 17 nəfərin həyatını itirdiyi bildirilir. Təbiət hadisəsi ölkənin mərkəzi və cənub bölgələrində həyatın iflic olmasına səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice