38
Bakı, AzerVoice
Türk ordusunun əsgəri şəhid olub.
AzerVoice xəbər verir ki, Suriyanın Afrin bölgəsində xidmət edərkən gecə saatlarında yuxuda olarkən infarkt keçirən əsgər, xəstəxanaya qaldırılmasına baxmayaraq, şəhid olub.
1992-ci il təvəllüdlü əsgər, Afyonkarahisar vilayətinin sakini idi. Hadisə baş verən kimi hərbi ambulansla Şanlıurfa Akçakale Dövlət Xəstəxanasına aparılsa da, göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, xilas edilə bilmədi.
Türkiyə Qazilər, Şəhid Dul və Yetimlər Dərnəyinindən verilən məlumata görə, Şəhid İsmet Aktaşın cənazəsi sabah günorta namazından sonra yola salınacaq.
Qeyd edək ki, şəhidin evli və iki uşaq atası olduğu bildirilib.