Bakı, AzerVoice
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, İngiltərənin təşəbbüsü ilə keçirilən Onlayn Liderlər Sammitində iştirak edib.
AzerVoice xəbər verir ki, 26 ölkənin iştirakı ilə keçirilən bu sammitdə Ukraynanın təhlükəsizliyi ilə bağlı tədbirlər və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi müzakirə olunub.
Sammitdə, İngiltərə və Fransa Ukraynanın müdafiəsini gücləndirmək və atəşkəs prosesini sürətləndirmək üçün daha konkret addımlar atılacağını bildiriblər.
İngiltərə Baş naziri Kir Starmer, Sammitdən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinə atəşkəs mesajı göndərib.
“Dünya hərəkətə keçməlidir. Boş sözlər və şərtləri kənara qoyun. Mesajım aydındır: istər tez, istər gec, Putin danışıqlar masasına oturmaq məcburiyyətində qalacaq”, - deyə Starmer bildirib.
Baş nazir, Ukraynanın tamamilə sülh tərəfdarı olduğunu, lakin Putinin atəşkəsi gecikdirməyə çalışdığını vurğulayıb.
Dünya ölkələrini atəşkəsə dəstək verməyə çağıran Starmer, Rusiya tərəfindən yaradılan xaosun artıq İngiltərədəki insanları da təsir etdiyini qeyd edib.