BAKI, AzerVoice
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç "Terrorsuz Türkiyənin şəfəqindəyik" açıqlaması ilə ölkədə yeni dövrün başlandığını vurğulayıb.
AzerVoice xəbər verir ki, nazir Van şəhərində keçirdiyi mətbuat konfransında terrorla mübarizə və gündəmdəki digər məsələlərə toxunub.
Tunç terrorun sona çatdırılmasının və Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğunu bildirib. O, "Min illik qardaşlığımıza ilişən xəncər söküləcək" ifadəsi ilə Türkiyənin birlik və sabitlik yolunda irəlilədiyini vurğulayıb.
Bundan əlavə, nazir sahibsiz heyvanlarla bağlı mövcud problemlərə də diqqət çəkib. O, bələdiyyələrin məsuliyyət daşıdığını və bu məsələyə büdcədən pay ayıraraq həll yolları tapmalı olduqlarını qeyd edib.
Qeyd edək ki, Türkiyədə terrorla mübarizə və ictimai təhlükəsizlik məsələləri hökumətin gündəmində əsas prioritetlərdən biri olaraq qalır.