25
Bakı, AzerVoice
Türkiyənin Konya şəhərinin Kulu ilçəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Rəhbərliyi (AFAD) məlumat yayıb.
İlkin məlumatlara görə, zəlzələnin episentri Konya şəhərində yerləşib və təxminən 11,62 kilometr dərinlikdə baş verib.
Hazırda zəlzələnin fəsadları və insan itkisi ilə bağlı məlumat verilməyib. Rəsmi qurumlar hadisənin təsirlərini qiymətləndirir.
Məlumat yeniləndikcə əlavə informasiya təqdim ediləcək.