BAKI,AzerVoice
Türkiyənin ticarət naziri Ömər Bolat türkiyəli mütəxəssislərin Ukraynanın yenidən qurulmasında iştirak etməyə və təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bəyan edib.
AzerVoice xəbər verir ki, Ömər Bolat və meşə və kənd təsərrüfatı naziri İbrahim Yumaklının rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti dünən Kiyevə səfər edərək bir sıra görüşlər keçirib.
Görüşlər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski, Ukraynanın baş naziri Denis Şmıqal və digər rəsmi şəxslərlə müzakirələr aparılıb.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafını nəzərdən keçirərək, qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq hədəflərini müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin avqust ayında Ukrayna ilə azad ticarət sazişini təsdiqləyib.