Bakı,
AzerVoice
Mayın 13-14-də İstanbulda Türk Dövlətlərinin I Beynəlxalq Hüquq
Konqresi baş tutacaq. Konqres türk dünyasının ortaq hüquq irsinin
müəyyən edilməsi, hüquqi əməkdaşlığın gücləndirilməsi və gələcək
islahatların formalaşdırılması məqsədi daşıyır.
AzerVoice xəbər verir ki, Yeditəpə
Universitetində keçiriləcək tədbirdə Türk Dövlətləri Təşkilatına
(TDT) üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Şimali Kipr Türk Respublikası (ŞKTC), Macarıstan və
Türkmənistandan akademiklər, hüquqşünaslar və alimlər iştirak
edəcəklər.
Eyni zamanda, Almaniya, İran, İraq, Çin və Kosovodan da qonaqlar
gözlənilir.
Konqresdə əsas müzakirə ediləcək mövzular arasında qanunun aliliyi, ortaq hüquq təhsili, kibertəhlükəsizlik, məhkəmə əməkdaşlığı və Türk dövlətləri üçün ortaq arbitraj mərkəzinin yaradılması yer alır. Hədəf, türk dünyasında hüquqi inteqrasiyanı gücləndirmək və konkret layihələr üçün zəmin yaratmaqdır.
Konqresin fəxri prezidenti Yeditəpə Universitetinin qurucusu Bedrettin Dalan olacaq. Sədrliyi isə Prof. Dr. Feridun Yenisey, Prof. Dr. Yener Ünver və Ecem Elif Ünal edəcək.
Qeyd edək ki, konqresdə təqdim olunan məruzələr beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək və konqres kitabında dərc ediləcək. İştirakçılar isə sonda rəsmi sertifikat əldə edəcəklər.