21
Bakı,
AzerVoice
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Böyük Britaniyanın
müdafiə naziri Con Healey ilə görüş keçirib. İkitərəfli və regional
təhlükəsizlik məsələləri müzakirə olunub.
AzerVoice istinadən xəbər verir ki,
Nazir Gülər britaniyalı həmkarını Milli Müdafiə Nazirliyində hərbi
mərasimlə qarşılayıb.
Daha sonra hər iki nazir arasında görüş baş tutub və tərəflər
müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək
istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Türkiyə Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və Böyük Britaniya Baş Qərargah rəisi, admiral Entoni Devid Radakin də iştirak ediblər. Nümayəndə heyətləri arasında geniş müzakirələr aparılıb.