BAKI, AzerVoice
İraqın Ərbil şəhərində 4,8 bal gücündə zəlzələ baş verib .
AzerVoice xəbər verir ki, zəlzələ Türkiyənin Hakkari vilayətində, xüsusilə Yüksekovada güclü hiss olunub. Nəticədə, mahalda bir çox evin divarlarında çatlar yaranıb və sakinlər təşviş içində küçələrə axışıblar.
Ötən gecə saat 21:03-də, 7 kilometr dərinlikdə qeydə alınan zəlzələ bölgədə qorxuya səbəb olub. Hakkari və ətraf rayonlarda da hiss edilən yeraltı təkanlardan sonra Yüksekovada bəzi evlərdə struktur zədələri müşahidə olunub.
Zəlzələ ilə bağlı rayon məscidlərindən anonslar edilib və vətəndaşlara məscidlərin açıq qalacağı bildirilib. Yeşiltaş kəndində isə sakinlər evlərinin qarşısında od yandıraraq gecəni çöldə keçirməyə üstünlük veriblər.
Qeyd edək ki, İraq və Türkiyənin cənub-şərq bölgələri seysmik cəhətdən aktiv zonalar hesab olunur və bu cür orta güclü zəlzələlər zaman-zaman bölgədə müşahidə edilir.