Əsas səhifə » Bayraktar ABŞ-da energetika sahəsində əməkdaşlıq görüşləri keçirdi

Bayraktar ABŞ-da energetika sahəsində əməkdaşlıq görüşləri keçirdi

BAKI, AzerVoice

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Petronas-ın baş icraçı direktoru (CEO) Tengku Muhammad Taufik, Halliburton-un CEO-su Jeff Miller, Cheniere Energy-nin vitse-prezidenti və əməliyyat direktoru Anatol Feygin və onların nümayəndə heyətləri ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Bayraktar özünün X sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, ABŞ-ın Hyuston şəhərində müxtəlif təmaslarda bulunublar və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli görüşlər keçirilib.

"CERAWeek2025" çərçivəsində baş tutan görüşlərdə enerji sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni layihələrin reallaşdırılması məsələləri müzakirə edilib. Görüş zamanı Petronas CEO-su Tengku Muhammad Taufik, Halliburton CEO-su Jeff Miller, Cheniere Energy-nin vitse-prezidenti və əməliyyat direktoru Anatol Feygin ilə fikir mübadiləsi aparılıb.

"Enerji sahəsindəki əməkdaşlığımızı daha da irəli aparacaq mövzuları müzakirə etdik. Yeni inkişaf etdirə biləcəyimiz layihələr barədə fikir mübadiləsi apardıq. Əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyinə inanırıq", – deyə Bayraktar görüşlər barədə açıqlama verib.

Görüşlərin nəticəsi olaraq, tərəflərin enerji sektorunda strateji tərəfdaşlığın möhkəmləndirilməsi və yeni investisiya imkanlarının araşdırılması istiqamətində işləri davam etdirmək barədə razılığa gəldiyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice