BAKI, AzerVoice
İstanbul bu gündən etibarən bir həftə boyunca Şimali Afrikadan
gələn çöl tozlarının təsiri altında qalacaq.
AzerVoice xəbər verir ki, İstanbul
Texniki Universitetinin (İTÜ) İqlim Elmi və Meteorologiya
Mühəndisliyi Bölümü üzrə professoru, çöl tozlarının isti
bölgələrdən qalxaraq küləklərlə Avropa və Türkiyəyə qədər
yayıldığını bildirib.
O, bu tozların havada dəyişikliklərə və göy üzündə narıncı, qırmızı
və sarı çalarlara səbəb ola biləcəyini qeyd edib.
Mütəxəssislər bildirirlər ki, İstanbulda çöl tozları sayəsində havanın bulanıq və tutqun görünməsi mümkündür. Tozlar yer səviyyəsində bəzən daha az, bəzən isə gün doğumu və gün batımı zamanı daha nəzərəçarpacaq hala gələ bilər.
Professor Toros, çöl tozlarının insan sağlamlığı üçün müəyyən risklər yaratdığını və xüsusilə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən insanların diqqətli olmalı olduğunu vurğulayıb.
Çöl tozlarının tərkibində incə qum, gil və müxtəlif minerallar olduğunu qeyd edən Toros, onların havanın keyfiyyətini aşağı saldığını bildirib. Xüsusilə astma və bronxit kimi xroniki tənəffüs problemləri olan insanların açıq havada uzun müddət qalmaması tövsiyə olunur. Həmçinin göz və dəri qıcıqlanması, solunum çətinlikləri və allergik reaksiyalar ehtimalının artdığı qeyd edilib.
Çöl tozlarının mənfi təsirləri ilə yanaşı, təbiətə bəzi faydalı cəhətləri də var. Bu tozlar torpağa çökərək bitkilər üçün fosfor və dəmir kimi vacib minerallar təmin edir və xüsusilə bahar aylarında ekosistemə müsbət təsir göstərə bilir.
Mütəxəssislər, çöl tozlarının təsirlərinin qarşısını almaq üçün açıq havada fəaliyyətlərin məhdudlaşdırılmasını və xüsusilə həssas qrupların qoruyucu tədbirlər görməsini tövsiyə edirlər.