BAKI, AzerVoice
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında yeni nəsil radar sistemlərinin tədarükünə dair 107,4 milyon dollar dəyərində müqavilə imzalanıb.
AzerVoice xəbər verir ki, bu müqavilə çərçivəsində radar sistemlərinin tədarükü 2026-2030-cu illər arasında həyata keçiriləcək. Layihə Türkiyənin müdafiə sahəsində texnoloji imkanlarını artırmaq məqsədi daşıyır.
ASELSAN tərəfindən istehsal olunacaq radar sistemləri hərbi və strateji məqsədlər üçün nəzərdə tutulub və Türkiyənin müdafiə sektorunda yerli istehsalın payını daha da artıracaq.
Qeyd edək ki, ASELSAN Türkiyənin müdafiə sənayesində önəmli rol oynayan şirkətlərdən biri olaraq, müxtəlif hərbi texnologiyalar və sistemlərin inkişafında mühüm layihələr həyata keçirir.