Əsas səhifə » Türkiyədən Rusiyaya Uçan Təyyarə Təcili Litvaya Enib

Türkiyədən Rusiyaya Uçan Təyyarə Təcili Litvaya Enib

BAKI,AzerVoice

Türkiyədən Rusiyaya uçan təyyarə təcili olaraq Litvaya eniş edib.

AzerVoice xəbər verir ki, Türkiyənin aviaşirkətinə məxsus İstanbul-Moskva reysi üzrə hərəkət edən təyyarə Belarus və Litva sərhədinə çatdıqda, qəfil olaraq Vilnüsdə eniş edib.

Təyyarənin planlaşdırılmamış enişi zamanı heç kim xəsarət almayıb.

Bundan əvvəl KİV-lər Airbus A330 təyyarəsinin kapitanının Smolenskə çatdıqdan sonra kursunu dəyişdiyini, daha sonra isə qəza siqnalı verərək yaxınlıqdakı şəhərə eniş üçün icazə istədiyini yazmışdılar.

Digər Kateqoriyalar

2025 © Azervoice