Əsas səhifə » Türkiyə terror problemini tarixə qovuşduracaq - Numan Kurtulmuş

Türkiyə terror problemini tarixə qovuşduracaq - Numan Kurtulmuş

BAKI,AzerVoice

Terror problemi ilə bağlı atılan addımlar nəticəsində PKK və əlaqəli digər təşkilatlar silahı tamamilə yerə qoyduğu zaman Türkiyə bu problemi artıq tarixə qovuşdurmuş olacaq.

AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş media rəhbərləri ilə iftar görüşündə gündəmə aid məsələləri müzakirə edib.

Kurtulmuş qeyd edib ki, Türkiyə Böyük Millət Məclisi ölkənin problemlərinin həlli üçün əsas platformadır və terror problemini həll etmək üçün siyasi partiyaların ortaq mövqe nümayiş etdirməsi vacibdir.

Zəruri olduqda Məclisin öz məsuliyyətini yerinə yetirəcəyini bildirən Kurtulmuş əlavə edib:

"Terror məsələsinin Türkiyə və hətta Yaxın Şərq bölgəsinin gündəmindən çıxarılması, ölkəmizdə birliyin və həmrəyliyin möhkəmləndirilməsi, daha geniş coğrafiyada isə sabitliyin bərqərar olması zəruridir",- deyə o bildirib.

Kurtulmuş bildirib ki, terror problemi ilə bağlı Türkiyə mediası düzgün və ümumi bir mövqedə dayanır. O ümid edir ki, siyasi partiyalar da bu mövqedə olacaq və hər kəs üzərinə düşən məsuliyyəti yerinə yetirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice