22
Bakı,
AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın
xarici işlər naziri Devid Lammi ilə telefon əlaqəsi saxlayıb.
AzerVoice xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsinin son vəziyyəti və Avropa təhlükəsizlik arxitekturasına dair cari müzakirələr dəyərləndirilib. Həmçinin, Avropa İttifaqına daxil olmayan ölkələrin regional təhlükəsizlikdə oynadığı mühüm rola diqqət çəkilib.
Bundan əlavə, telefon danışığında Türkiyə və Böyük Britaniya arasındakı ikitərəfli münasibətlər müzakirə edilib. Xüsusilə Suriyadakı vəziyyət və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.