Əsas səhifə » İstanbul Boğazı dumanlı hava səbəbilə bağlandı

İstanbul Boğazı dumanlı hava səbəbilə bağlandı

BAKI, AzerVoice

Təhlükəsizlik məqsədilə İstanbul Boğazında gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti dayandırıldı.

AzerVoice xəbər verir ki, İstanbulda gecə saatlarından etibarən duman təsirli olmağa başladı və görünüş məsafəsi xeyli azaldı.

Sıx duman dəniz nəqliyyatında axsamalara səbəb oldu.

İstanbul Boğazına şimal və cənub istiqamətindən daxil olacaq gəmilərin kapitanları Gəmi Trafik Xidmətləri İdarəsi tərəfindən radiodan xəbərdar edildi.

Boğazın hər iki istiqamətdə və müvəqqəti olaraq tranzit gəmi keçidlərinə bağlandığı elan olundu. Dumanın təsirini itirməsindən sonra gəmi hərəkətinin normallaşacağı gözlənilir.

Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyəti yaxından izlədiyi və dumanın azalması ilə birlikdə hərəkətin bərpası üçün lazımi tədbirlərin görüləcəyi bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice